Sane “Mançester Siti”dən ayrılır?
25.05.2019 , 12:18

“Bavariya” “Mançester Siti”nin futbolçusu Leroy Saneni heyətinə qatmaq istəyir.
Münhen təmsilçisi alman futbolçu üçün ilk təklifini göndərib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Bavariya” Sane üçün “şəhərlilər”ə 80 milyon avro təklif edib. “Mançester Siti”dən ayrılmaq istəyən hücumçunun növbəti mövsümdə “Bavariya” klubunda forma geyinəcəyi gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl alman klubun prezidenti Uli Höness də Sane ilə maraqlandıqlarını açıqlamışdı.
