Sane “Bavariya”dan ayrılır?
30.07.2024 , 11:12

“Bavariya”nın Leroy Sane yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ulduz oyunçu karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolçunun “Arsenal”a keçəcəyi gözlənilir. Onun transferinin yaxın zamanda baş tutacağı bildirilir.
Sane 2023/2024 mövsümündə bütün yarışlarda 42 oyunda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.
