Sane “Barselona”ya keçir?
24.12.2024 , 10:30
“Barselona” heyətini vacib ulduzla gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisinin maliyyə çətinliyi səbəbindən alternativ və daha ucuz futbolçular üzərində düşündüyü və bu adlardan birinin də “Bavariya”dan Leroy Sane olduğu bildirilib.
İspaniya nəhəngi artıq “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Saneyə təklif edib.
“Bavariya” isə mövsümün əvvəlindən Sane ilə yeni sözləşmə ilə bağlı danışıqlar aparsa da, oyunçunu hələ ki, razı salmaq mümkün olmayıb.
“Barselona”dan başqa futbolçu ilə “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted” maraqlanır.
Bu mövsüm “Bavariya”nın heyətində 19 matçda iştirak edən Leroy Sane 5 qol vurub, 1 məhsuldar ötürmə edib.