“Barselona”nın prezidenti Sandro Rossel ulduz futbolçuları Messinin onlara yeni, daha yaxşı məvaciblə müqavilə imzalamaqla bağlı müraciət etmədiyini deyib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rossel bildirib ki, əgər Messi maaşının artırılmasını bizdən tələb edərsə, biz bunu sevə – sevə qəbul edərik.
“Katalonlar”ın başqanı heç bir vəclə dünyanın ən yaxşı oyunçusunu əldən verməyəcəklərini bildirb.