Sanço üçün nəhəng müştərilər
23.08.2019 , 20:53

Dortmund “Borussiya”sının gənc ulduzu Ceydon Sanço karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın “The Sun” qəzetinə istinadən verdiyi xəbərə görə, iki Premyer Liqa nəhəngi onun xidmətində maraqlıdı.
“Mançester Yunayted” və “Mançester Siti” 19 yaşlı ingilisi heyətinə qatmaq istəyir. Hər iki klubun qış transfer pəncərəsi zamanı onu heyətinə qatmağa çalışacağı bildirilir. Mənbə iddia edir ki, Mançester təmsilçiləri Ceydona görə 100 milyon avrodan daha artıq məbləğ ödəməyə hazırdı.
