Sanço “Çelsi”dən gedir?
07.04.2025 , 13:58

“Çelsi” komandada icarə əsasında çıxış edən Ceydon Sanço ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, London klubu 24 yaşlı futbolçunun birdəfəlik transferi üçün “Mançester Yunayted”ə 25 milyon funt-sterlinq verməlidir.
İngiltərə nəhəngi onu əgər mövsümün sonu göndərərsə, 5 milyon təzminat ödəməlidir.
Sanço bu mövsüm 31 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
