Sanço Almaniya klublarının hədəfində
21.12.2023 , 17:13

“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço bir neçə klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, onunla Bundesliqa klubları maraqlanır.
“Borussiya”, “Leypsiq”, “Bayer” və “Ştudqart” kimi klublar futbolçunu heyətinə cəlb etmək istəyir.
Futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir.
