İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın futbolçusu Aleksis Sançes ilə PSJ və “Çelsi” klubları maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “Bein Sports” xəbər yayıb.
Hər iki klub çilili oyunçu üçün təklif göndərməyə hazırlaşır.
PSJ-nin transfer məsələsində daha üstün tərəf olduğu bildirilir. Çünki, “Arsenal” hücumçunu “Çelsi”yə satmaq niyyətində deyil.
Xatırladaq ki, Sançesin “topçular”la müqaviləsi 15 aydan sonra bitir.
