Sançes rəsmən PSJ-də
05.08.2022 , 13:07

PSJ Renato Sançesin transferini açıqlayıb.
Korner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2019-cu ildən “Lill”də oynayırdı.
