“San-Paulu” rəhbərliyi 21 yaşlı yarımmüdafiəçisi Vellinqtonu “Rubin”ə satmaqdan imtina edib.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Kazan klubu Braziliya təmsilçisinə 10 milyon avro təklif etmişdi.
Danışıqların dayandırılmasına səbəb maliyyə şərtlərində razılığa gəlinməməsidi.
Qeyd edək ki, Vellinqton bir neçə gün əvvəl mətbuata açıqlamasında karyerasını Braziliyada davam etdirmək istədiyini bildirmişdi.
