San-Marino Futbol Federasiyasının rəsmi Tvitter səhifəsi öz ölkələrinin futbolunu alə salıb.
Korner.az-ın məlumatına görə, “Bavariya”nın hücumçusu Robert Levandovskinin dünən Almaniya bundesliqasında “Volfsburq”a beş qol vurduğu oyundan sonra həmin səhifədə belə bir tvit paylaşılıb:
“Levandovski 11 dəqiqəyə 4 qol vurub. Bizə isə bu qədər qol vurmaq üçün 20 il vaxt lazım olub. Yox, Levandovski 9 dəqiqəyə 5 qol vurubmuş”.
