“Everton”un futbolçusu Samuel Eto Kamerun millisindəki karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu “Facebook” səhifsəi vasitəsi ilə milllidən getdiyini açıqlayıb:
“Daha milli komandada oynamayacam. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Samuel Eto’o Kamerun millisində indiyə kimi oynadığı 118 matçda 56 qol vurub.
