Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Samtredia”– “Qəbələ” oyununun hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Zestafonidə keçiriləcək görüşü Georgios Kuzasın başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edəcək.
Ona Çasan Koula və Yoannis Sipkas köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Alexandros Aretopoulos yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 7-də keçiriləcək “Samtredia” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
