“Samsunspor”da yeni baş məşqçi
11.10.2023 , 19:17

“Samsunspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Markus Gisdol çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Gisdol bu postda Hüseyn Eroğlunu əvəzləyib.
