Sampaoli: “Nigeriya ilə oyunda ancaq qələbəyə oynayacağıq”
26.06.2018 , 14:37

“Nigeriya ilə oyun həyati əhəmiyyətlidir. Hər iki komandanın pley-offa çıxmaq şansı var. Rəqib də qrupdan çıxmaq üçün hər şey edəcək”.
Bu sözləri Argentina millisinin baş məşqçisi Xorxe Samapaoli DÇ-2018-in 3-cü turunda bu gün Nigeriya ilə keçiriləcək oyun haqda danışarkən deyib. Çoxsaylı tənqidlərə məruz qalan baş məşqçi artıq azarkeşlərin fərqli Argentina millisi görəcəyini bildirib:
“Xorvatiya ilə oyun çox ağrılı idi. Ancaq artıq oyundan bir neçə gün keçib. Hər şey unudulub. Şayiələri şərh edə bilmərəm. Məğlubiyyətə görə məsuliyyəti üzərimə götürürəm. Nigeriya üzərində qələbə haqda düşünürük. Ancaq buna köklənmişik. İnsanlar sosial şəbəkələrdə məğlubiyyətə görə məni cinayətkar adlandırırlar. Mənim onlara cavab verməyim düzgün olmaz. Heyəti müəyyənləşdirmişəm. Ancaq indi bunu açıqlamaq istəmirəm. Futbolçular da hələ bilmir ki, kim oynayacaq. Məndə əminlik var ki, Argentina bu turnirə münasibətini dəyişəcək, onu dərindən başa düşəcək və Nigeriya ilə oyunda ancaq qələbəyə oynayacaq”.
Bu gün keçiriləcək Nigeriya – Argentina oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
