Sampaoli Argentina millisində qaldı
10.07.2018 , 09:58

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli vəzifəsində qalacaq.
Bu barədə qərar Argentina Futbol Federasiyasının prezidenti Kladio Tapieylə görüşdən sonra verilib.
DÇ-2018-dəki uğursuz çıxışdan sonra Sampaolinin istefaya göndəriləcəyi gözlənilirdi. Lakin onun Argentina ilə 5 illik müqaviləsi olduğundan federasiya üçün bu qərarı vermək asan deyil. Sampaolinin müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi halda ona 8 milyon avro təzminat ödənməlidir.
