Rusiya 1-ci divizionunda 10-cu turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” doğma meydanda Krasnoyarsk “Yenisey”i ilə qarşılaşıb və oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Samir bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
