Millimizin və “Neftçi”nin sabiq futbolçusu Samir Məsimov Rusiyanın I divizionunda çıxış edən “Fakel”də baxışdadır.
Korner.az-ın Voronej klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi sınaqdan keçmək üçün kollektivə qoşulan 14 futbolçudan biridir.
Məsimov “Fakel”in “Avanqard” 4:3 hesabı ilə qalib gəldiyi yoxlama görüşündə də iştirak edib.
Qeyd edək ki, Məsimov son olaraq AZAL-da çıxış edib.
