Samir Məsimov Azərbaycan klubunda
05.08.2018 , 11:39

U-21 milli komandamızın sabiq futbolçusu Samir Məsimov özünə yeni klub tapıb.
22 yaşlı yarımmüdafiəçi “Keşlə”nin düşərgəsinə dəvət olunub. O, “Qəbələ” ilə yoxlama görüşündə də meydana buraxılıb. Məsimovun məşqçilər korpusunun etimadını qazanıb-qazanmayacağına isə yaxın günlərdə aydınlıq gələcək.
Xatırladaq ki, Məsimov son olaraq Rusiyanın “Fakel” klubunda çıxış edib. Amma bu komandada heyətə düşməyən yarımmüdafiəçi uzun müddət idi futbol oynamırdı (Futbolinfo.az)
