“Əlimizə düşən qol imkanlarından yararlana bilmirik. Bu, məni çox məyus edir”.
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Qəbələ” matçından sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abbasov deyib.
Çalışdırıcı hesabdan razı qalmadığını bildirib: “Deyə bilmərəm ki, 2:2 hesabı ədalətlidir. Çünki faktiki olaraq yaratdığımız qol epizodlarına görə “Qəbələ”dən üstün idik”.
