Futbol

Samir Abbasov cəzalandırıldı

21.02.2017 , 08:50

AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abbasovu 1 oyunluq cəzalandırıb.

Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, buna onun Topaz Premyer Liqanın 19-cu turunda AZAL-la görüşdə texniki zona qaydaları pozmağı səbəb olub. Bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat məbləğində cərimələnib.

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

Son yazılar

Yuxarı