Topaz Premyer Liqasında XVII turu çərçivəsində “Keşlə” “Sumqayıt”ı qəbul edib
Son dəqiqədə vurulan qolla qalib gələn qonaq komanda bu gün meydanda Samir Abbasovun köməyi olmadan meydan çıxmışdı. Baş məşqçinin oyunu tribunadan izləməsinin səbəbi isə bundan öncə “Neftçi”ilə oyunda meydandan qovulması idi.
Samir Abbasov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
O, ilk olaraq oyun barədə fikirlərini bildirib.
– Oyun bizim adımızdan heç də ürək açan deyildi. Biz çalışdıq ki, 3 xalı qazanaq. Son 15 dəq əziyyət çəkdik, onun nəticəsi də olaraq bu 3 xalı Allah bizə pay verdi. Lakin baxımlı oyundan əsər əlamət yox idi. Birinci hissə gedə gedə düşünürdüm ki bu ilk hissə bitsəydi, futbolçulara tapşırğımı verərdim. O qədər darıxdırıcı oyun idi ki, premyer liqanın adına nə də bizim adımıza yaraşmadı
– Qol vəziyyəti yaratmaqda çətinlik çəkirdiniz. Bunun səbəbi nə idi?
– Bu rəqibin həddindən artıq sıx oynamağıyla bağlı idi. Biz düşündük ki, bəlkə də hücum edərlər, lakin öz tərəflərində idilər. Bu gün çoxdan oynamayan futbolçuları meydana buraxmışdıq. Bəlkə də bu səbəbdən də qol vəziyyəti yarada bilmədik.
– Qolu demək olar ki hədiyyə verdiniz. Sizcə qapıçı barədə problemlər varmı?
– İndi bu barədə danışmaq istəmirəm Ona görə ki, ilin sonuna az qalıb və biz də indi heçnə edə bilmərik. Bütün oyunçular səhv edə bilər, yaşlısı da cavanı da. Lakin sevindirici haldır ki, bu səhvə baxmayaraq qalib ayrılırıq.
– Oyunçular biraz həyəcanlı idi. Bunun səbəbi “Neftçi” ilə aranızdakı xal fərqi ola bilərmi?
– Xeyir, biz rəqibdən qaçmırıq. Biz özümüz özümüzə təzyiq edirik ki, bu çempionatda bir yer tutaq. Amma bu oyunun bu hadisə ilə əlaqəsi yoxdur.
– Amil Yunanov niyə ehtiyatda qaldı?
– İkioyundan sonra səbəbini biləcəksiniz. Ülvi də artıq oynamalıdı 2 hücumçu olan komandada hər ikisinə şans verməliyik. Həmçinin “Qəbələ” ilə oyunda Amil Yunanov oynayacaq, bu gün oynamaması da ona daha yaxşı hazırlaşmaq üçün vaxt verir.
– Oyunu uzaqdan izləmək nə dərəcədə çətin idi?
– Çox çətin idi. Çünki özümü sıxıb saxlamışdım. Orda olsaydım çox danışacaqdım. Lakin uzaqda səsim çatmıyacaqdı.
– Oyunun tribuna və texniki zonadan izləmək: hansı daha çətindir?
– Dediyim ki, tribunadan izləmək çətin idi, çünki komandaya kömək edə bilmirsən.
– Bəs komanda tribunadan necə görünürdü?
– Çox pis.
