Samir Abasovu sevindirən xəbər – O, qayıtdı!
16.01.2025 , 12:27

“Neftçi” bir müddətdi ki, zədəli olan futbolçusu Demba Darboya qovuşub.
Korner.az-ın məlumatına görə, qambiyalı futbolçu zədəsini sağaltmaq üçün vətəninə yollanmışdı. Qəbələ toplanışında iştirak etməyən futbolçu artıq dünən Bakıya gəlib.
Forvard bugündən etibarən “Neftçi”nin məşqlərinə qoşulacaq.
