Samir Abasova ağır cəza
10.11.2022 , 16:17

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov cəzalanıb.
Korner.az xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisi “Neftçi” ilə matçda oyunun rəsmisini təhqir etdiyi üçün 5 oyunluq diskvalifikasiya edib. Bununla yanaşı, klub 4 min manat cərimələnib.
“Kimyaçılar” bundan başqa, stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə də 800 manat cərimələnib.
“Neftçi” oyuna gecikdiyi üçün isə 800 manat məbləğində cəzalanıb.
“Sumqayıt” – “Neftçi” oyunu 2:2 hesabıyla başa çatıb.
