Mili komandamızın sabiq üzvü Samir Abasov karyerasını məşqçi kimi davam etdirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, o, hazırda məşqçi kurslarında iştirak edir. Məşqçiliyin sirlərini öyrənən Samir üçün sürpriz təklif gəlib.
Abasov “Sumqayıt” klubunun əvəzedici heyətinin baş məşqçisi ola bilər. Artıq məsələ rəhbərlik səviyyəsində müzakirə olunub. Yaxın günlər ərzində konkret qərar qəbul olunmalıdır.
