Samir Abasov: “Limit Azərbaycan futboluna mane olur”
14.09.2019 , 20:36

Premyer Liqanın 4-cü turunun “Sumqayıt” – “Zirə” oyunundan (1:2) sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.
Korner.az-ın məlumatına görə, baş məşqçi əvvəlcə oyunu şərh edib:
– Uşaqlara sonadək səbr etdiklərinə görə təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlər daim möhtəşəm olub. Bu da səfərdə oynayan komandaya çətinliklər yaradır. Komandamızı təbrik edirəm.
– Fasilədən sonra geri çəkilməyinizin səbəbi nə idi?
– Bəzən elə epizodlar olur ki, geriyə çəkilirsən. Əsas odur ki, səbrlə oynadıq. Bəzi hallarda lazım olanı etməsək də, buna da nail olacağıq.
– Rəqib iki dəfə 100 faizli qol epizodunu qaçırdı. Demək olar ki, bəxtiniz gətirdi?
– Əsas odur ki, qalib gəldik. Gənc futbolçularımız var, bəzən səhvlərə yol verirlər.
– Fikrinizcə, 21 yaş limiti komandanıza mane olur?
– Hesab edirəm ki, limit Azərbaycan futboluna mane olur.
