Samir Abasov: “Keyfiyyətli oyun sayəsində qələbə qazandıq”
13.04.2019 , 18:51

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Zirə” – “Sumqayıt” görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bölüşüb.
Oyuna zəif başladıqlarını vurğulayan mütəxəssis daha sonra toparlanaraq qələbə qazandıqlarını deyib.
“Oyuna yaxşı başlamadıq. Ardıcıl olaraq qapımızda təhlükəli vəziyyətlər yaşandı. Lakin oyunçularımızn keyfiyyətli çıxışı bizə qələbə qazandırdı. Qələbəyə görə, xoşbəxtəm.”
