“Rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadılar, qapandılar. Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər”.
Korner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” klubu ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.
Çalışdırıcı futbolçularından razı qaldığını bildirib: “İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı”. (neftchipfk.com)
