Avropa Liqasını I təsnifat mərhələsinin oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, paytaxtın “Neftçi” klubu “Mladost”u qəbul edib.
Oyunda qalib müəyyən olmayıb – 2:2
Qarşılaşmadan sonra keçirilın mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Əliyev bunları deyib:
“Hesabda öndə olaraq oyunun sonunda qol buraxmaq məyusedicidi. Ümumi götürdükdə komanda yenidən qurulub. Elə də pis debüt etmədik. Hazırlaşmağa az vaxtımız oldu. Araz Abdullayev və Rəhman Hacıyevin səhhətində problemlər oldu. İkinci oyun daha asan olacaq. Fikrimcə, səfərdəki yunda rəqibi əks hücumlarda məyus edə bilərik. Məşqlərdə ancaq əks hücumlarda işləmişik. Hücumlara işləməyə vaxtımız olmadı. ilk qol təsadüfi oldu, amma futbolda təsadüfi qollar çox olur. Bir qədər səbrli olun. Ən azından bu gün meydanda mübariz komanda gördük. Bəzi epizodlarda səhvlər olurdu. Əlimizdə olan imkanlardan istifadə etdik. Hətta 18 yaşlı futbolçunu meydana buraxdıq. Ola bilsin Samir Məsimov yaxşı oynamadı, amma müdafiədə daha yaxşı işlədi. Bir sıra futbolçular var ki təcrübəyə ehtiyacları var”
