Samboçularımızdan Avropa çempionatında daha 3 medal
21.04.2023 , 15:51
Hayfada (İsrail) sambo üzrə Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan samboçuları daha üç medal qazanıblar.
Mehman Xəlilov (58 kq), Hacıəli Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc mükafata sahib çıxıblar.
Bundan əvvəl Mirfəttah Seydulayev (64 kq) gümüş medal qazanıb.