“Şamaxı”nın futbolçusu əməliyyat olundu
13.09.2022 , 20:23

“Şamaxı”nın futbolçusu Amil Yunanov əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Hücumçu Türkiyənin İstanbul şəhərində uğurlu əməliyyat keçirib.
29 yaşlı forvardın bərpa müddəti açıqlanmayıb.
