“Şamaxı”dan yeni transfer – Rəsmi
07.06.2025 , 21:47

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi yarımmüdafiəçi Həbib İsmayılovu heyətinə qatıb. 22 yaşlı futbolçu növbəti mövsümü komandamızda keçirəcək.
Xatırladaq ki, İsmayılov son olaraq “Neftçi”də çıxış edib.
Qeyd edək ki, “Şamaxı” daha öncə Emil Süleymanov və Oruc Məmmədovu transfer edib.
