“Şamaxı”dan yeni transfer – Rəsmi
04.06.2025 , 21:27

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Oruc Məmmədovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2 ilik müqavilə imzalanıb.
Xatırladaq ki, Məmmədov son olaraq “Səbail”də çıxış edib.
