“Şamaxı”dan “Turan Tovuz”a – rəsmi
28.06.2022 , 11:23

Transfer çalışmalarını davam etdirən “Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az-ın məlumatına görə, Tovuz təmsilçisi “Şamaxı”nın futbolçusu Şəhriyar Əliyevi heyətinə qatıb.
Təcrübəli müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
