“Şamaxı”dan “Səbail”ə – Rəsmi
28.01.2023 , 22:08

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “dənizçilər” “Şamaxı”dan Mirəli Əhmədovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Əhmədov bu mövsüm “Şamaxı” ilə Premyer Liqada 1 oyuna çıxıb.
