“Şamaxı”dan ilk transfer
16.01.2024 , 10:00

“Şamaxı” ilk transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, bölgə təmsilçisi “Mingəçevir”dən ayrılan Roman Hüseynovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hüseynov mövsümün sonuna kimi “Şamaxı”nın formasını geyinəcək.
“Şirlər” I Liqada 12 turdan sonra 22 xalla 2-ci sıradadır.
