“Şamaxı”dan baş məşqçi ilə bağlı qərar
24.05.2022 , 16:57

“Şamaxı”nın İdarə Heyəti Rüstəm Əliyevin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Rüstəm Əliyev ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, R. Əliyev Sənan Qurbanovun istefaya göndərildiyi apreldən komandaya rəhbərlik edir.
