“Şamaxı”dan ayrıldı, bu kluba keçdi
16.01.2023 , 10:40

“Şamaxı”dan ayrılan Bəhruz Teymurovun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Zaqatala”ya keçib. Bu barədə I Divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Teymurov mövsümün sonuna qədər “Zaqatala”da forma geyinəcək.
Bəhruz bu sezon “Şamaxı” ilə 4 matça çıxıb.
