“Şamaxı”dan ayrılan hücumçu Rusiya klubunda
20.02.2025 , 11:56

“Şamaxı”dan ayrılan Belaydi Pusinin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, albaniyalı hücumçu karyerasını Rusiyada davam etdirəcək.
27 yaşlı futbolçu sözügedən ölkənin “Fakel” klubuna keçib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Forvardla müddəti 2026-cı ilin yayına kimi olan müqavilə imzalanıb.
