“Şamaxıda yeni stadion tikiləcək” – Rövnəq Abdullayev
28.01.2020 , 11:03

Xəbər verdiyimiz kimi, AFFA prezidenti Rövnəq Abdullayev bu gün AFFA-nın növbəti konfransında çıxış edərkən Şamaxıda yeni stadionun tikiləcəyini bildirib.
Korner.az-ın məlumatına görə, qurum rəhbəri bunları deyib:
“Bir çox stadionlarda dəyişiklik olub. Arenaların əksəriyyəti təbii ot örtüyünə keçib. Şamaxı şəhərində yeni stadion tikilməsi nəzərdə tutulub. Buna başlanılacaq”
