Ölkə futbolu

“Şamaxı”da yeni müqavilə

24.05.2022 , 17:19

“Şamaxı”ı daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi moldovalı qapıçı Stanislav Namaşko ilə sözləşmənin müddətini 1 il artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı qolkiper 2019-cu ilin yayından “Şamaxı”da çıxış edir.

Klub bundan əvvəl müdafiəçi Rəhman Daşdəmirovla müqaviləni yeniləyib.

Son yazılar

Yuxarı