“Şamaxı”da yeni müqavilə – Rəsmi
03.06.2025 , 23:00

“Şamaxı” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Abdulla Seydəhmədovla yeni müqavilə imzalanıb.
Seydəhmədov növbəti mövsümü də bölgə təmsilçisində keçirəcək.
Abdulla Seydəhmədov 2023-cü ilin iyun ayından “Şamaxı”da çıxış edir.
Qeyd edək ki, “Şamaxı” buna qədər Rikardo Fernandes və Alfons Msanqa ilə də müqaviləni yeniləyib.
