“Şamaxı”da yeni müqavilə
04.04.2025 , 20:45

“Şamaxı” futbolçusu Rikardo Fernandeslə müqavilə müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı portuqaliyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Onun bölgə təmsilçisi ilə olan əvvəlki sözləşməsi hazırkı mövsümün sonuna qədər idi.
Qeyd edək ki, Rikardo Fernandes bu mövsüm “Şamaxı”nın heyətində 29 oyuna çıxaraq 8 dəfə qapısını toxunulmaz saxlayıb. O, kluba ötən ilin yayında Portuqaliytanın “Torreense” komandasından transfer olunub.
