“Şamaxı”da yeni müqavilə
14.12.2022 , 11:28

“Şamaxı” futbolçusu Fuad Bayramov ilə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, müdafiəçi daha iki il yarım “Şamaxı”nın formasını geyinəcək.
Bölgə təmsilçisi bundan əvvəl hücumçu Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov və Rövşən Şahmuradovla müqavilə yeniləyib.
