“Şamaxı”da növbəti ayrılıq
06.06.2024 , 13:10

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər erir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsi başa çatan Samir Məhərrəmli ilə yollar ayrılıb.
Klub yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
