“Şamaxı”da növbəti ayrılıq
04.06.2024 , 13:32

2024/25 mövsümündə Misli Premyer Liqasında oynamaq hüququ qazanan “Şamaxı”da növbəti ayrılıq baş tutub.
Korner.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan İbrahim Aslanlı ilə yollar ayrılıb.
Müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
