“Şamaxı”da ayrılıq
09.06.2025 , 20:56

“Şamaxı” futbolçusu Rauf Rüstəmli ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İcarə müqaviləsi başa çatan 21 yaşlı yarımmüdafiəçi Rauf Rüstəmli məxsus olduğu “Sabah” klubuna qayıdıb.
Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
