“Şamaxı” yoxlama oyunu keçirəcək
16.11.2023 , 10:35

Milli komandaların oyunları ilə bağlı I Liqada yaranmış fasilədə “Şamaxı” yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, “şirlər” noyabrın 17-si, saat 13:00-da “Neftçi Futbol Mərkəzi”ndə “Qaradağ Lökbatan”la qarşılaşacaq.
I Liqada “Qaradağ Lökbatan” 8 turdan sonra 17 xalla birinci, “Şamaxı” isə 15 xalla üçüncü sıradadır.
