“Sabah”dan qələbə, “Sumqayıt” “Kəpəz”lə heç-heçə etdi
02.10.2022 , 19:59

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Mövsümün iddialı komandalarından “Sabah” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.
Turun son matçı Sumqayıtda olub. Baş məşqçi postuna Samir Abasovu gətirən “Sumqayıt” azarkeşləri önündə “Kəpəz”in müqavimətini qırmağa çalışsa da, görüş 0:0 hesablı heç-heçə ilə bitib.
Azərbaycan Premyer Liqası
VIII tur
2 oktyabr
15:30 Şamaxı – Sabah – 0:1
Qol: Abdullayev Ba, 90+1
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu
18:00 Sumqayıt – Kəpəz – 0:0
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
Sumqayıt şəhər stadionu
