“Şamaxı” – “Sabah” matçının vaxtı dəyişdirildi
02.08.2024 , 11:50

Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Şamaxı” – “Sabah” matçının yeti dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Konfrans Liqasında çıxış edən “Sabah” klubunun rəsmi müraciəti, “Şamaxı” klubunun rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının qərarı ilə “Sabah” klubunun növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədi ilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə, 18-ci turun “Sabah” – “Şamaxı” oyununun yeri dəyişdirilib.
4 avqust (bazar)
1-ci tur
17:30. “Sabah” – “Şamaxı”
“Bank Respublika Arena”
